İran XİN nüvə sazişindən çıxamayacağını bəyan edib

İran XİN nüvə sazişindən çıxamayacağını bəyan edib
  • Clock-gray 13:43
  • calendar-gray 07 İyul 2018

"İran nüvə sazişində qalmaq qərarına gəlib".

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər naziri Cavad Zəfir Çinli həmkarı ilə görüşdə deyib.

 

Cavad Zərif bildirib ki, ABŞ nüvə sazişindən imtina etdikdən sonra rəsmi Tehran məsuliyyət göstərərək nüvə sazişindən çıxmamaq qərarına gəlib.

 

Vyanada keçirilən nazirlər toplantısının sadəcə müqavilənin qorunması ilə bağlı deyil, eyni zamanda proqramda iştirak edən bütün tərəflərin, o cümlədən İranın hüquq və maraqlarının təmin ediləcəyinə dair bir siqnal ötürmüş olur.

 

Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date