Çin hərbi büdcəsini 8,1 faiz artıracaq

Çin hərbi büdcəsini 8,1 faiz artıracaq
# 05 mart 2018 02:39 (UTC +04:00)

Çinin hərbi büdcəsi 2018-ci ildə ötən illə müqayisədə 8,1 faiz artaraq 175 milyard ABŞ dolları təşkil edəcək

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında hökumətin təqdim etdiyi məruzədə deyilir.

Sənədə görə, 2018-ci il üçün ÜDM artımı 6,5%-ə yaxın proqnozlaşdırılır. Eyni zamanda, hökumət cari ildə büdcə kəsirini 0,4%, ÜDM-nin 2,6% -dək azaltmaq niyyətindədir.

Hesabatda həmçinin qeyd olunub ki, 2018-ci ildə Çində inflyasiya təxminən 3% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR