Çinin XİN rəhbəri Şimali Koreyaya səfər edəcək

Çinin XİN rəhbəri Şimali Koreyaya səfər edəcək
# 30 aprel 2018 04:46 (UTC +04:00)

Çinin XİN rəhbəri Van İ mayın 2-də Şimali Koreyaya səfər edəcək.

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin XİN-in məlumatında deyilir.

Bildirilir ki, Van İ KXDR-in xarici işlər naziri Li Yön Xonun dəvəti ilə Pxenyana ikigünlük səfər edəcək.

Qeyd edək ki, Şimali Koreya tərəfi ilə görüş ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlar ərəfəsində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR