Əfqanıstanda ikinci partlayış törədilib, 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Əfqanıstanda ikinci partlayış törədilib, 7 nəfər ölüb, 10 nəfər yaralanıb
# 22 aprel 2018 10:49 (UTC +04:00)

Bu gün Əfqanıstanda gün ərzində ikinci dəfə insan tələfatı ilə nəticələnən partlayış törədilib.

APA-nın "Khaama Press" agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində seçici qeydiyyatı mərkəzi qarşısında törədilən partlayış zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl paytaxt Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR