Əfqanıstanda silahlılar polis bölməsinə hücum edib, ölən və yaralananlar var

Əfqanıstanda silahlılar polis bölməsinə hücum edib, ölən və yaralananlar var
# 07 mart 2018 20:36 (UTC +04:00)

Əfqanıstanın Kandaqar əyalətində, Pakistanla sərhəddə silahlılar polis bölməsinə hücum edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb.

Məlumata əsasən, əvvəcə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan polisi silahlıların məhv edildiyini bildirib.

Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR