Əfqanıstanda terrorçu-kamikadze özünü partladıb, ölən və yaralananlar var

Əfqanıstanda terrorçu-kamikadze özünü partladıb, ölən və yaralananlar var
# 13 may 2018 18:27 (UTC +04:00)

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) terrorçu-kamikadze özünü inzibati binanın qarşısında partladıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 36 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR