Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib

Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib
# 28 iyul 2018 03:46 (UTC +04:00)

Ərəb koalisiyasına məxsus hərbi təyyarələr Yəmənin paytaxtı Səna şəhərinə hava zərbələri endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə beynəlxalq hava limanı və paytaxtın şimalında yerləşən aviabaza olub.

Eyni zamanda koalisiya qüvvələri Hodeyda, Amran, Saada və Rayma əyalətinin bir sıra ərazilərini bombardman ediblər. Ölən və yaralananlar barədə məlumat verilmir.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR