İran XİN-in sözçüsü: “Türkiyə ilə fikir ayrılıqlarımız var, amma əməkdaşlıq edirik”

İran XİN-in sözçüsü: “Türkiyə ilə fikir ayrılıqlarımız var, amma əməkdaşlıq edirik”
# 26 fevral 2018 11:41 (UTC +04:00)

“Suriya məsələ barədə Türkiyə ilə müntəzəm danışıqlarımız olur. Bəzi məsələlərdə vahid qərara gəlmişik, bəzi məsələlərdə fikir ayrılıqlarımız yaranıb. Önəmli olan budur ki, əməkdaşlıq edirik. Üç ölkə lideri may ayında Türkiyədə görüşəcək. Xarici işlər nazirləri Astana prosesinin davamı olaraq müzakirələri davam etdirir və fikir ayrılıqları aradan qaldırılır. Suriyada terrorizmlə mübarizə və regiona sabitliyin qayıtması üçün çalışmalar davam etdirilir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi mətbuat konfransında deyib.

B. Qasimi Suriyada BMT qərarı ilə atəşkəs rejiminin tətbiqi və Türkiyənin Afrində əməliyyatları davam etdirməsi məsələsinə toxunaraq bildirib ki, xarici siyasətdə heç bir zəmanət yoxdur və olmayacaq: “Suriya ilə bağlı qəbul edilmiş hər bir qətnamə uğursuz ola bilər. Ümid edirik ki, bu qətnamə icra olunacaq və Suriyanın müxtəlif bölgələrində yerli xalqa yardımlar çatdırılacaq. Suriya xalqı çoxlu dərd-qəmlə üz-üzədir. Qətliamların qarşısının alınması və humanitar yardımların göstərilməsinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR