İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir

İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir
# 11 may 2018 13:28 (UTC +04:00)

İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib.

Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.

Sonda 6 maddəlik qətnamə qəbul edilib.

Qətnamədə ABŞ-ın yürütdüyü siyasət kəskin pislənilib, İranın Ali rəhbərinin nüvə sazişi ilə bağlı mövqeyinə dəstək ifadə olunub.

Bildirilib ki, İran xalqı heç vaxt Avropa İttifaqının başçılarına da güvənməyəcək, onları ABŞ-ın müttəfiqi hesab edir.

Qətnamədə ölkə rəhbərliyindən nüvə müzakirələrində həqiqi və davamlı təminat almadan Qərbin istəyi ilə razılaşmamaq tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR