İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlanıb

İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlanıb
# 20 fevral 2018 20:24 (UTC +04:00)

İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA-nın xəbərinə görə, bu barədə “Press TV” məlumat yayıb.

Məlumata görə, axtarış işləri 4 500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerinə 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir.

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR