İranlı parlamentar: "Tramp və Pompeo diplomatik qaydaları bilmir"

İranlı parlamentar: "Tramp və Pompeo diplomatik qaydaları bilmir"
# 25 may 2018 13:37 (UTC +04:00)

"Tramp və Pompeo təzədirlər, diplomatik qaydaları bilmirlər".

Bunu İran parlamentinin Şərqi Azərbaycan əyalətindən olan üzvü Məhəmməd Vəhdəti ABŞ rəsmilərinin İranla bağlı açıqlamalarını APA-ya şərh edərkən deyib. O bildirib ki, bu cür sözlərin istifadə müddəti başa çatıb: “Bəy, xan və kəndçi dövrü artıq başa çatıb. Bu gün xalqlar özləri öz talelərini həll edirlər”.

Parlament nümayəndəsi ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdıqdan sonra İranın qonşu ölkələrlə münasibətlərinə toxunaraq qeyd edib ki, Vaşinqtonun bu addımı İranın qonşular, xüsusilə Azərbaycanla münasibətlərinə heç bir təsir göstərməyəcək: "Biz qonşu ölkələrlə əlaqələrimizi inkişaf etdirmək istəyirik. İran və Azərbaycan dini, tarixi və mədəni oxşarlıqları olan iki qonşu ölkədir və əlaqələri inkişaf etdirmək üçün geniş potensial var. Bu gün biz iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafının şahidiyik və iki ölkə müxtəlif sahələrdə sazişlər imzalayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR