Nyu-Yorkda Pompeo KXDR Əmək Partiyasının rəsmisi ilə görüşüb - YENİLƏNİB

Nyu-Yorkda Pompeo KXDR Əmək Partiyasının rəsmisi ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 31 may 2018 03:21 (UTC +04:00)

Nyu-Yorkda ABŞ dövlət katibi Mayk Pompeo və Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxol arasında görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Manhettendə baş tutan görüşün detalları hələ ki, açıqlanmır. KXDR lideri Kim Çen Inın “sağ əli” hesab edilən Kim Yon Çxol 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.

***

00:25

Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının rəsmisii Kim Yon Çxol ABŞ-KXDR sammitinə hazırlıq üçün Nyu-Yorka səfər edib.

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

Məlumata əsasən, yüksək rütbəli Pxenyan rəsmisi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Söhbət zamanı ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında planlaşdırılmış görüşün detalları müzakirə ediləcək.

Agentlik vurğulayır ki, bu 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR