Livanda parlament seçkiləri keçirilir

Livanda parlament seçkiləri keçirilir
# 06 may 2018 08:28 (UTC +04:00)

Bu gün Livanda parlament seçkiləri keçirilir.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

Seçkilərdə 128 yerin olduğu parlament uğrunda 976 namizəd mübarizə aparır. Özünəməxsus məqam isə odur ki, Livanda parlamentdə yerlər 11 etnik-dini qrup arasında bölünüb. Məsələn, parlamentdə sünni müsəlmanlar və şiə müsəlmanların hər biri üçün 27, xristianlar üçün isə 37 yer ayrılıb. Digər tərəfdən, Livan sakinləri 2009-cu ildən sonra ilk dəfə parlament seçkilərində səs verirlər. Çünki hazırkı parlament ölkədəki qeyri-stabil siyasi vəziyyəti əsas gətirərək üç dəfə öz səlahiyyət müddətini uzadıb.

Seçki ilə bağlı ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR