OPEK+ neft hasilatının həcminin azaldılmasına dair razılaşmaya dəyişiklik etməyib

OPEK+ neft hasilatının həcminin azaldılmasına dair razılaşmaya dəyişiklik etməyib
# 21 yanvar 2018 12:22 (UTC +04:00)

OPEK və təşkilata üzv olmayan bir neçə ölkə (OPEK+) neft hasilatının həcminin azaldılmasına dair sövdələşmənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılaşmaya dəyişiklik etməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Omanın paytaxtında keçirilən OPEK+ Monitorinq Komitəsinin VII iclasından sonra Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Neft hasilatının həcminin azaldılmasına dair sövdələşmənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılıq keçən il noyabrın 30-da Vyanada keçirilən toplantıda qəbul edilib. A. Novak neft bazarında tələb və təklifin hələ tarazlaşmadığını qeyd edib. Rusiya razılaşmanın müddətinin sona çatmasından sonra da OPEK ölkələri ilə birgə koordinasiyanın davam etdirilməsinin tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycan da OPEK+ çərçivəsində neft hasilatının həcminin azaldılmasına dair sövdələşməni dəstəkləyir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR