Pakistanda bazarda anbarın damı çöküb, ölən və yaralananlar var

Pakistanda bazarda anbarın damı çöküb, ölən və yaralananlar var
# 28 mart 2018 21:01 (UTC +04:00)

Pakistanın Rohri şəhərində bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, bu barədə PakistanTV xəbər verib.

Kənd təsərrüfatı məhsulları bazarında anbarın damı çöküb. İnsident nəticəsində azı 10 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedici əməliyyat davam edir. İlkin versiyaya görə, insidentə dama həddən artıq ağır kisələrin yığılması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR