Prokuror Cənubi Koreyanın keçmiş prezidentinə 30 il həbs cəzası istəyib

Prokuror Cənubi Koreyanın keçmiş prezidentinə 30 il həbs cəzası istəyib
# 27 fevral 2018 08:36 (UTC +04:00)

Cənubi Koreya prokurorluğu ötən ilin aprelində korrupsiya ittihamı üzrə həbs olunmuş ölkənin keçmiş prezidenti Pak Kın Xenin 30 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

APA-nın xəbərinə görə, bu barədə yerli "Yonhap" agentliyi məlumat yayıb.

Cənubi Koreyada korrupsiya skandalı 2016-cı ilin oktyabrında baş verib.

Həmin vaxt mediada "Samsung" da daxil olmaqla, böyük şirkətlərin keçmiş prezident Pak Kın Xenin rəfiqəsi Tsoy Sun Silə məxsus fonda böyük məbləğdə pul köçürməsinə hökumətin dəstək verdiyi barədə məlumatlar yayılıb.

Bildirilir ki, heç bir rəsmi vəzifəsi olmayan fond rəhbəri Prezident Administrasiyasının işinə müdaxilə edib, şəxsi münasibətlərdən öz xeyrinə yararlanıb.

Pak Ken Xe ötən ilin aprelində saxlanılıb.

O, korrupsiya, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dövlət sirrini açmada ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR