Putin: “ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi sülh prosesinə ciddi zərbədir”

Putin: “ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi sülh prosesinə ciddi zərbədir”
  • Clock-gray 12:52
  • calendar-gray 17 Aprel 2018

"ABŞ və müttəfiqlərinin Suriyaya zərbəsi təcavüzdür. Bu, BMT nizamnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulmasıdır".

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya dövlət başçısı Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı deyib.

 

Kremlin yaydığı məlumatda qeyd edilib ki, tərəflər Suriya və ətraf ərazilərdə vəziyyəti müzakirə ediblər. Putin Qərbin bu addımının Suriya böhranının sülh yolu ilə həlli prosesinə ciddi zərbə vurduğunu vurğulayıb.

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date