Pxençxanda güclü külək nəticəsində 16 nəfər xəsarət alıb

Pxençxanda güclü külək nəticəsində 16 nəfər xəsarət alıb
# 15 fevral 2018 04:20 (UTC +04:00)

Qış Olimpiya Oyunlarının paytaxtı Pxençxanda güclü külək nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Oyunların təşkilat komitəsinin nümayəndəsi Son Pek Yu bildirib.

“İndiyədək 16 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 13-ü bizim əməkdaşlarımız, 3-ü isə tamaşaçılardır. Xəsarət alanlar ambulator yardım göstərildikdən sonra evə buraxılıblar", deyə Son Pek Yu qeyd edib.

Şiddətli külək səbəbindən Pxençxandakı Olimpiya parkı müvəqqəti olaraq bağlanıb, bir sıra yarışlar təxirə salınıb.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR