Qəzza zolağından İsrailə raket atılıb

Qəzza zolağından İsrailə raket atılıb
# 18 fevral 2018 02:54 (UTC +04:00)

Qəzza zolağından İsrail istiqamətində raket atılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İsrail aviasiyası hərbçilərinin minaya düşməsinə cavab olaraq Qəzza zolağına aviazərbələr endirib.

Dağıntılar və tələfat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Qəzza zolağı ilə sərhəddə 4 İsrail hərbçisi minaya düşərək yaralanıb. İsrail aviasiyası buna cavab olaraq Qəzza zolağındakı 6 hədəfə aviazərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR