Reuters: İŞİD Kabildə törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Reuters: İŞİD Kabildə törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 22 aprel 2018 11:12 (UTC +04:00)

İŞİD terror təşkilatı bu gün Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.00 radələrində Kabilin Daşt-e-Barçi rayonunda törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR