Ruhani: "Tramp ABŞ prezidentləri arasında ən pisidir"

Ruhani: "Tramp ABŞ prezidentləri arasında ən pisidir"
# 14 iyun 2018 14:07 (UTC +04:00)

“Donald Tramp 1979-cu ildən bəri ABŞ-a rəhbərlik edən şəxslər arasında “ən pis” prezidentdir”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

“1979-cu il, İslam inqilabı qalib gəldikdən bu günə qədər ABŞ rəhbərliyi İran xalqının düşməni olub. İndiki prezident isə digərləri ilə müqayisədə ən pis, ən qəddar və ən riyakar prezidentdir”, - deyə Ruhani söyləyib. O bildirib ki, İran Vaşinqtonun Tehrana qarşı niyyətlərindən məlumatlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR