Rusiya təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində ölənlərdən 27-si zabitdir

Rusiya təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində ölənlərdən 27-si zabitdir
# 07 mart 2018 02:46 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi “AN-26” təyyarəsinin Suriyada qəzaya düşməsi nəticəsində 39 nəfər ölüb. Onlardan 33 nəfəri sərnişin, 6 nəfər isə heyət üzvüdür. Ölən hərbçilər arasında biri general-mayor olmaqla 27 zabit olub. APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərində deyilir.

Qeyd edək ki, qəza ötən gün, təyyarənin Xmeymim aviabazasına eniş edən zaman baş verib. Hələbdən Xmeymimə uçan təyyarənin texniki nasazlıqdan qəzaya uğradığı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR