Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb
# 06 mart 2018 14:58 (UTC +04:00)

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 26 sərnişin və 6 heyət üzvü olub.

Onların hamısının həlak olduğu bildirilir.

Qəza Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16.00) Hmeymim aeroportuna eniş zamanı baş verib. Təyyarə eniş zolağına 500 metr qalmış yerə çırpılıb.

İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb ola bilər.

Rusiya MN qəza ilə bağlı bütün versiyaları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR