Səfir: “Misir Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir”

Səfir: “Misir Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir”
# 18 may 2018 09:22 (UTC +04:00)

“Misir Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir”.

APA-nın xəbərinə görə, bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Adil bildirib.

Səfir vurğulayıb ki, Misir hökuməti işğal edilmiş Fələstin torpaqlarında bu cür təhlükəli qarşıdurmanın mənfi nəticələri barədə xəbərdarlıq edərək Fələstin xalqının başda paytaxtı şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaq kimi qanuni haqlarını tam dəstəkləyir.

Səfir İ.Adilin sözlərinə görə, Misirin Səhiyyə nazirliyi Qəzza bölgəsi üçün nəzərdə tutulan bir sıra tədbirlər görməkdədir: " Bunlara humanitar yardım, qida məhsulları və tibbi vəsait, bölgədə yerləşən xəstəxanaların təcili şəkildə dərmanlarla və tibbi ləvazimatla təchizi daxildir. Əlavə olaraq, Rəfah sərhəd keçid məntəqəsində təqribən 90 təcili yardım maşını və yüngül xəsarət almış yaralıların daşınması üçün 5 avtobusla təmin edilmiş böyük bir tibbi heyətin yerləşdirilməsinə də başlanılıb".

Səfir qeyd edib ki, Misirin xarici işlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan nümayəndə heyətinə rəhbərlərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR