Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub
# 25 iyun 2018 02:01 (UTC +04:00)

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, raket paytaxt Ər-Riyad yaxınlığında vurulub.

Məlumata əsasən, raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR