Suriya müxalifəti Soçidəki Konqresdə iştirakdan imtina edib

Suriya müxalifəti Soçidəki Konqresdə iştirakdan imtina edib
# 27 yanvar 2018 00:40 (UTC +04:00)

Suriyanın müxalif Danışıqlar üzrə Komitəsi Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirakdan imtina edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.

Məlumatda bildirilir ki, Suriya müxalifəti Rusiyanın Soçi şəhərində keçiriləcək tədbiri boykot edir.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR