Tayvanda zəlzələ baş verib

Tayvanda zəlzələ baş verib
# 31 may 2018 04:00 (UTC +04:00)

Tayvanda 4,9 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Taytung şəhərindən 19 km şimal-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu ilin fevralında Tayvanın Xualyan şəhəri yaxınlığında tələfatla nəticələnən 6,5 maqnitudalı zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR