TBMM sədri: Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər

TBMM sədri: Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər
# 25 fevral 2018 13:27 (UTC +04:00)

Türkiyə Böük Millət Məclisinin sədri İsmail Qəhrəman Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İ. Qəhrəman bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib.

Türkiyə parlamentinin sədri bugünkü Ermənistan rəhbərliyindəki insanların da Xocalı qətliamının törədilməsində iştirak etdiyini qeyd edib: "Bu qətliam insanlıq tarixində utanc səhifəsi kimi yer alıb. Aradan 26 il ötməsinə baxmayaraq, Xocalı qətliamını törədənlər hələ beynəlxalq məhkəmələr qarşısına çıxarılmayıb. Xocalı qətliamının ağrısını ürəklərimizdə hiss edirik. Vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Türkiyə və Azərbaycan kədəri və sevinci ortaq olan iki ayrı dövlətdir. Bu soyqırımı törədənlər məhkum edilənə və Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək. BMT-dən gözləntimiz Xocalı qətliamını törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğaldan azad edilməsində aktiv rol oynamasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR