Tehranda baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb

Tehranda baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb
  • Clock-gray 20:44
  • calendar-gray 19 Fevral 2018

İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.

 

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

 

"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır", deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti  altındadır.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date