Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib - YENİLƏNİB

Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib - <span style="color: red;">YENİLƏNİB
# 20 fevral 2018 17:14 (UTC +04:00)

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Afrindən geri çəkilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriyasının zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb.

Bundan əvvəl bəzi KİV-lər hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi “Suriya Xalq Qüvvələri” adlandırılan hərbi dəstələrin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya ordusunun Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi. Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq da Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR