Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib

Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib
# 28 yanvar 2018 19:40 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Təyyarələrin hamısı döyüş tapşırıqlarını uğuqla yerinə yetirərək artıq təhkim olunduqları aviabazalara qayıdıb.

Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR