Vyanada Suriya nizamlanmasına dair danışıqların növbəti raundu başlayır

Vyanada Suriya nizamlanmasına dair danışıqların növbəti raundu başlayır
# 24 yanvar 2018 23:02 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyanada Suriya böhranının nizamlanmasına dair danışıqların sayca doqquzuncu raundu başlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Cenevrədə keçirilmiş ən uzunmüddətli səkkizinci raunddan fərqli olaraq bu dəfə danışıqlar cəmi iki gün davam edəcək.

Bundan əvvəlki danışıqlarda mühüm irəliləyiş müşahidə olunmayıb. Danışıqların əsas nəticəsi Suriyada atəşkəs rejiminin monitorinqi üzrə birgə əməliyyat qrupu barədə müddəanın razılaşdırılması və atəşkəsə zamin ölkələr arasında Suriyada təhlükəsizlik zonaların yaradılması haqqında memorandumun imzalanması olub.

Qeyd edək ki, danışıqların növbəti raundu Suriya milli dialoqu Konqresi ərəfəsində start götürür. Tədbir Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə yanvarın 30-da Rusiyanın Soçi şəhərində baş tutacaq. Toplantıya 1 500-dək iştirakçının qatılacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR