Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb

Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb
# 20 iyul 2018 05:51 (UTC +04:00)

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər itkin düşmüş hesab edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 4 500 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Təbii fəlakətin vurduğu zərər təxminən 697 milyon dollar təşkil edib.

Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR