Yapon dənizində göyərtəsində 13 rusiyalı dənizçi olan gəmi yanıb

Yapon dənizində göyərtəsində 13 rusiyalı dənizçi olan gəmi yanıb
  • Clock-gray 04:28
  • calendar-gray 18 Noyabr 2019

Yapon dənizində yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pohanq limanı yaxınlığında "Silver Way" gəmisinin göyərtəsində yanğın baş verib.

APA TASS-a istinadla xəbər verir ki, gəmidə 13 rusiyalı dənizçi olub. 

Məlumata görə, gəmi Sierra-Leone bayrağı altında Naxodka - Busan marşrutu üzrə hərəkət edirmiş. 

Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürən dəstəsi göndərib. 

Alov güclü olduğundan söndürülməsi çətinlik yaradıb. 

Xəbərə görə, gəmidə 2,5 min ton ağac daşınırmış.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date