Yaponiya və Cənubi Koreya arasında ticarət əlaqələri gərginləşib

Yaponiya və Cənubi Koreya arasında ticarət əlaqələri gərginləşib
# 02 avqust 2019 12:16 (UTC +04:00)

Cənubi Koreya Yaponiyanı etibarlı ticarət tərəfdaşlarının daxil edildiyi “ağ siyahı”dan çıxaracaq.

APA-nın Frans-Press agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın iqtisadiyyat və maliyyə naziri Honk Nam Ki bildirib.

“Biz məsələni diplomatik yolla həll etmək üçün səylərimizi davam etdirəcəyik. Ancaq biz Yaponiyanı “ağ siyahı”dan çıxaracağıq və idxala nəzarəti gücləndirəcəyik”, - deyə Honk Nam Ki qeyd edib.

Qeyd edək ki, oxşar qərar bir neçə saat öncə Yaponiya tərəfindən də qəbuul olunub.

Cənubi Koreya prezidenti Mun Çje İn bu qərarı “eqoist” hərəkət adlandırıb.

“Bundan sonra baş verəcəklərə görə məsuliyyət Yaponiya hökumətinin üzərinə düşür. Baxmayaraq ki, Yaponiya iqtisadi gücdür, ancaq bizim iqtisadiyyatımıza zərər dəyəcəyi təqdirdə biz də oxşar addımlar atacağıq”, - deyə Cənubi Koreya prezidenti bildirib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik gərginlik ötən ildən yaranıb. 2018-ci ildə Cənubi Koreya məhkəməsi Yaponiya şirkətlərinin müharibə dövründə məcburi əməyə cəlb edilmiş koreyalılara kompensasiya ödəməsi barədə qərar çıxarıb. Bu qərar Yaponiya tərəfindən pislənilib və bildirilib ki, Yaponiya 1965-ci ildə qonşu ölkələrlə mübahisəli məsələləri həll edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR