Yaponiyada animasiya studiyasının yandırılması nəticəsində yaralılardan biri ölüb - YENİLƏNİB

Yaponiyada animasiya studiyasının yandırılması nəticəsində yaralılardan biri ölüb - YENİLƏNİB
# 18 iyul 2019 08:36 (UTC +04:00)

Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı xəsarət alanlardan biri ölüb.

APA “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bir neçə yaralı hazırda kritik vəziyyətdədir. Ümumilikdə yanğın nəticəsində təxminən 40 nəfər xəsarət alıb.

Qeyd edək ki, yanğının qəsdən törədildiyi deyilir. Hadisə yerində polis 41 yaşlı bir kişini saxlayıb, onun da xəsarət aldığı bildirilir.

***

Saat 07:34

Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyasında baş vermiş yanğın nəticəsində azı 38 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bildirilir ki, onlardan 10 nəfərinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, yanğın qəsdən törədilib. Polis hadisə yerində əlində benzin çəni olan bir kişini saxlayıb. Hazırda onun dindirilməsi aparılır.

Hadisə zamanı “Kyoto Animation” şirkətinin yerləşdiyi üçmərtəbəli bina ciddi ziyan görüb. Yanğının söndürülməsi hələ də davam etdirilir. Ən çox binanın ikinci və üçüncü mərtəbələrinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR