Yaponiyada “Krosa” tayfunu üzündən hava limanında uçuşlar dayandırılıb

Yaponiyada “Krosa” tayfunu üzündən hava limanında uçuşlar dayandırılıb
# 16 avqust 2019 08:12 (UTC +04:00)



“Krosa” tayfunu Osaka şəhərinin qərbində yerləşən “Kansai” hava limanında bütün uçuşların ləğvinə səbəb olub.

APA “TASS”a istinadla xəbər verir ki, azı 1700 nəfər hava limanında gecələməyə məcbur olub.

Aeroport rəhbərliyi hər kəsə pulsuz su və yataq kisələri verib. Əksər insanlar gözləmə otaqlarında yerləşdirilib. Təxminən 250 reysin ləğv edildiyi bildirilir.

Tayfunun yaratdığı güclü külək və leysan yağışları zamanı bir nəfər ölüb, 49 nəfər yaralanıb. Hava şəraiti dəmir yolu üzrə hərəkət edən qatarların da qrafikini ciddi şəkildə pozub.

Qeyd edək ki, “Krosa” bu il Sakit okeanda meydana gələn onuncu tufandır. Yapon dənizindən başlanğıc götürən tropik fırtına hazırda Hokkaydo adasına doğru irəliləyir. Tufanın mərkəz hissəsində küləyin sürəti saniyədə 25 metrə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR