Yeni Zelandiya Parlamenti evtanaziya ilə bağlı qanunu təsdiqləyib

Yeni Zelandiya Parlamenti evtanaziya ilə bağlı qanunu təsdiqləyib
  • Clock-gray 07:21
  • calendar-gray 14 Noyabr 2019

Yeni Zelandiya Parlamenti ölkədə evtanaziyanın leqallaşdırılması ilə bağlı qanunun lehinə səs verib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, parlamentdə illərdən bəri müzakirə edilən evtanaziya ilə bağlı qanun layihəsinin lehinə 69 deputat, əleyhinə isə 51 deputat səs verib. Evtanaziyanın tətbiqi gələn il ümumxalq səsverməsinə çıxarılacaq.

Baş nazir Casinda Ardern də evtanaziya ilə əlaqədar islahat yönümlü çağırışlar edirdi. 

Ölkədə keçirilən son sosioloji sorğuda Yeni Zelandiya vətəndaşlarının 72%-i qəbul olunan qanunu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı öz istəyi ilə həyatdan məhrumetmədir. Hollandiya qanunvericiliyinin müəyyənləşdirdiyi tərifə əsasən, bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır. 

Xatırladaq ki, evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən “yüngül ölüm” mənasında işlədilib.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date