Zərif ABŞ-ı İrana qarşı kibermüharibə aparmaqda ittiham edib

Zərif ABŞ-ı İrana qarşı kibermüharibə aparmaqda ittiham edib
  • Clock-gray 10:03
  • calendar-gray 29 Sentyabr 2019

İran Xarici İşlər naziri Cavab Zərif Vaşinqtonu ölkəsinə qarşı kibermüharibə aparmaqda ittiham edib.

APA-nın xəbərinə görə, C. Zərif NBC-yə müsahibəsində deyib ki, ABŞ bu kibermüharibəni İranın nüvə obyektlərinə hücum etməklə başlayıb.

Vaşinqtonun bu addımını milyonlarla insanın ölümünə səbəb ola biləcək məsuliyyətsizlik adlandıran İran XİN rəhbəri ABŞ-nın başladığı heç bir müharibəni bitirməyi bacarmadığını vurğulayıb.

C. Zərif Donald Tramp administrasiyasını Yaxın Şərqdəki münaqişələri güc yolu ilə həll etməyə cəhd göstərməməyə də çağırıb. Eyni zamanda ABŞ-ı Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinə hücumdan sonra Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərmək barədə qərarına görə də tənqid edib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date