Zərif: "Nüvə sazişi ilə bağlı üçüncü mərhələ sentyabrın 6-da başlayacaq"

Zərif: "Nüvə sazişi ilə bağlı üçüncü mərhələ sentyabrın 6-da başlayacaq"
# 27 avqust 2019 14:32 (UTC +04:00)

"İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atacağı addımın üçüncü mərhələsi sentyabrın 6-da başlayacaq".

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atdığı addımın birinci mərhələsi mayın 8-də, ikinci mərhələ isə iyulun 7-də başlayıb.

Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın ticarəti qoruyacağı ilə bağlı vədləri yerinə yetirmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR