Abdullahian: Lavrovla razılığa gəldik ki, “3+3” formatının növbəti iclası Tehranda keçirilsin

Abdullahian: Lavrovla razılığa gəldik ki, “3+3” formatının növbəti iclası Tehranda keçirilsin
# 29 mart 2023 15:23 (UTC +04:00)

Hesab edirik ki, Cənubi Qafqaz regionunda gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaihan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Lavrovla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini söyləyib: “Hesab edirik ki, burada sülh və sabitliyə doğru hərəkət etmək lazımdır. Regionda geosiyasi vəziyyəti dəyişmək üçün xarici müdaxilə və səylər daha da gərginləşdirici faktordur. Ona görə də hesab edirəm ki, biz “3+3” əməkdaşlıq mexanizmi ilə, eləcə də mövcud mexanizmlər vasitəsi ilə hərəkət etməliyik. Məlum regionda məsələləri nizamlamaq üçün güc tətbiqinə qaçmamalıyıq. Mən və həmkarım Lavrov hesab edirik ki, “3+3” əməkdaşlıq formatının növbəti iclası Tehranda keçirilsin. Bununla bağlı bizim ümumi mövqeyimiz var. Hesab edirik ki, bu, məsələlərin nizamlanmasına kömək edəcək”.

İran XİN başçısı ölkəsinin regionda geosiyasi vəziyyətlə bağlı dəyişiklikləri inkar etdiyini bəyan edib. “Hesab edirik ki, dialoq və siyasi nizamlanma yolu ilə hərəkət etmək lazımdır. Bütün tərəflər bu yolu istifadə etməlidir. Bu regionda təhlükəsizlik digər məsələlərlə qarşılıqlı əlaqəlidir. Hesab edirik ki, regionun iqtisadi imkanlarının çiçəklənməsi məqsədi ilə möhkəm sülhə və inklüziv təhlükəsizliyə doğru hərəkət etmək lazımdır”, - İran XİN başçısı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR