ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranın uranı 60 faizə qədər zənginləşdirməsindən narahatdır

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranın uranı 60 faizə qədər zənginləşdirməsindən narahatdır
# 04 fevral 2023 12:37 (UTC +04:00)

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatına dair birgə bəyanat yayıb

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Birgə bəyanatda qeyd olunub ki, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri ABEA-nın İranın bu Agentliyə əvvəlcədən məlumat vermədən bəzi sentrifuqalarının konfiqurasiyasında əsaslı dəyişiklik etdiyi barədə hesabatını diqqətə alıb. Bu sentrifuqalar 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal edir və Fordo Zənginləşdirmə Zavodunda yerləşir. Qeyd olunub ki, AEBA-nın da bildirdiyi kimi, bu xəbərsiz dəyişiklik İranın tələb etdiyi Hərtərəfli Təminatlar Sazişindən irəli gələn öhdəliklərinə uyğun gəlmir.

Birgə bəyanatda vurğulanır ki, tələb olunan öhdəliklərin yerinə yetirilməməsi Agentliyin İranın nüvə obyektlərində vaxtında aşkarlanmasını davam etdirmək qabiliyyətinə də mənfi təsir edir.

Dörd ölkə İranı öz öhdəliklərinə əməl etməyə çağırır: "İranın bu addımın səhvən atıldığı barədə iddiaları adekvat deyil. Biz İranın hərəkətlərini bu ölkənin iddia edilən niyyətinə görə deyil, AEBA-nın qərəzsiz və obyektiv hesabatlarına əsaslanaraq qiymətləndiririk.

Xatırladırıq ki, İran tərəfindən Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı əhəmiyyətli risklər daşıyır və mülki istifadə ilə bağlı əsaslandırmadan məhrumdur. İranın hərəkətləri indi daha çox narahatlıq doğurur, çünki Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində şəffaflıq və yoxlama üzrə öhdəliklərinin, o cümlədən əlavə protokolunun icrasını iki ilə yaxındır dayandırıb. İran həmçinin ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, AEBA-nın təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmasının bir hissəsi kimi onun qaldırdığı sualları hələ heç bir etibarlı cavab verməyib. Biz İranı AEBA ilə Əhatəli Təminatlar Sazişindən irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə və Fordoda effektiv təminatların tətbiqində Agentliklə tam əməkdaşlıq etməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR