ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına rəsmi səfər edib

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına rəsmi səfər edib
# 06 iyun 2023 23:30 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken ikitərəfli əməkdaşlıq və Fars körfəzi ölkələri ilə qarşılıqlı əlaqələri müzakirə etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.

APA xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

Amerika diplomatiyasının rəhbərinin Səudiyyə Ərəbistanına rəsmi səfəri iyunun 8-dək davam edəcək.

Blinkenin krallığın rəsmiləri ilə danışıqlar aparacağı, həmçinin Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının iclasında və İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyanın nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR