ABŞ "Əl Cəzirə"nin jurnalistinin ölümünə dair araşdırmanın nəticəsini açıqlayıb

Şirin Əbu Akleh

© APA | Şirin Əbu Akleh

# 04 iyul 2022 18:22 (UTC +04:00)

ABŞ Dövlət Departamenti “Əl-Cəzirə”nin jurnalist Şirin Əbu Aklehin öldürülməsi ilə bağlı araşdırmanın nəticələri barədə məlumat yayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

“ABŞ Təhlükəsizlik Koordinatorunun (USSC) nəzarət etdiyi prosesin bir hissəsi olaraq son dərəcə təfərrüatlı məhkəmə-tibbi analizdən sonra, müstəqil, üçüncü tərəf ekspertlər, Fələstin əsilli ABŞ jurnalisti Şirin Əbu Aklehi öldürən güllənin mənşəyi ilə bağlı qəti nəticəyə gələ bilməyib. Ekspertlər güllənin ciddi zədələndiyini müəyyən ediblər ki, bu da dəqiq nəticənin əldə olunmasına mane olub”, - Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, bir neçə həftə ərzində USCC-yə həm İsrail Müdafiə Qüvvələri (IDF), həm də Fələstin Administrasiyasının (PA) araşdırmalarına tam giriş imkanı verilib: “Hər iki araşdırmanı yekunlaşdıraraq, USSC belə qənaətə gəlib ki, Şirin Əbu Aklehin ölümündə çox güman ki, İsrail Müdafiə Qüvvələrinin mövqelərindən gələn atəş məsuliyyət daşıyır. USSC bunun qəsdən törədilməsi ilə bağlı heç bir əsas tapmayıb, əksinə bu, İsraildə silsilə terror hücumlarından sonra 2022-ci il mayın 11-də Cenin şəhərində Fələstin İslami Cihad fraksiyalarına qarşı İDF-nin rəhbərlik etdiyi hərbi əməliyyat zamanı faciəli vəziyyətin nəticəsidir”.

Xatırladaq ki BMT İnsan Hüquqları Ofisi jurnalistin ölümündə İsraili təqsirli bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR