ABŞ və Taliban arasında məhbusların mübadiləsi baş tutub

Əmir Xan Muttaqi

© APA | Əmir Xan Muttaqi

# 19 sentyabr 2022 12:01 (UTC +04:00)

ABŞ və Taliban arasında məhbusların qarşılıqlı mübadiləsi baş tutub.

APA "TOLONews"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin xarici işlər naziri Əmir Xan Muttəqi mətbuat konfransında deyib.

O bildirib ki, Hacı Bişr Nurzai bu gün Kabil hava limanında Amerika vətəndaşı Mark Freriçslə mübadilə zamanı sərbəst buraxılıb.

Hacı Bəşir Nurzai məhkum edilmiş keçmiş əfqan narkobarondur. O, Taliban hərəkatının tərəfdarı olub və daha sonra ABŞ hökumətinə gizli agent kimi çalışıb. Amerikanın ən çox axtarılan narkotik tacirləri arasında olmasına baxmayaraq, ona həbs olunmayacağına dair söz verildikdən sonra o, 2005-ci ildə Nyu-Yorka gedib lakin on gün sonra həbs olunub.

Mark Freiçs isə amerikalı mühəndisdir və o, 2020-ci ilin yanvarında Taliban tərəfindən oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR