ABŞ və Yaponiya müdafiə nazirləri iyunun 1-də Tokioda görüşəcəklər

ABŞ və Yaponiya müdafiə nazirləri iyunun 1-də Tokioda görüşəcəklər
# 26 may 2023 08:35 (UTC +04:00)

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada amerikalı həmkarı Lloyd Ostinlə iyunun 1-də Tokioda görüşəcək.

APA xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu görüşdə biz birliyimizin artırılmasına yönəlmiş konkret tədbirləri müzakirə edəcəyik”, deyə qeyd olunub.

Danışıqlar, "2+2" formatı əsasən aparılacaq.

Bunun ardınca ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Sinqapurda üçtərəfli görüş keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR