AEBA İranda uranı 60%-ə qədər zənginləşdirən 2 sentrifuqa aşkar edib

AEBA İranda uranı 60%-ə qədər zənginləşdirən 2 sentrifuqa aşkar edib
# 01 fevral 2023 21:08 (UTC +04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Fordodakı nüvə obyektindəki fəaliyyətin Tehranın öhdəliklərinə zidd olduğunu bildirib.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.

AEBA-nın baş direktoru Rafael Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq etmədən yüksək zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordoda yanacaqzənginləşdirmə zavodunun dizaynında əhəmiyyətli dəyişikliklər etdiyindən narahatdır”, - deyə təşkilatın sənədində bildirilir.

AEBA-nın Fordo nüvə obyektində qəfil təftişi uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının arasında bəyan edilməmiş dəyişiklik aşkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR