Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Fordodakı nüvə obyektindəki fəaliyyətin Tehranın öhdəliklərinə zidd olduğunu bildirib.
APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.
AEBA-nın baş direktoru Rafael Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq etmədən yüksək zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordoda yanacaqzənginləşdirmə zavodunun dizaynında əhəmiyyətli dəyişikliklər etdiyindən narahatdır”, - deyə təşkilatın sənədində bildirilir.
AEBA-nın Fordo nüvə obyektində qəfil təftişi uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının arasında bəyan edilməmiş dəyişiklik aşkar edib.