Aİ İranı nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb

Aİ İranı nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb
# 06 iyun 2023 14:54 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) İranı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə dərhal qayıtmağa çağırır.

APA xəbər verir ki, bu barədə Aİ-nin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Stefan Klement yaydığı bəyanatda bildirib.

Diplomat deyib ki, İranın nüvə proqramında irəliləyişi regionda nüvə silahlarının yayılması riskini artırır: “Avropa İttifaqı hələ də Hərtərəfli Birgə Fəaliyyət Planına sadiqdir. Təəssüf edirik ki, İran razılaşmaya qayıtmaq üçün lazımi tədbirlər görməyib. Əksinə, nüvə proqramını kəskin şəkildə artırmağa davam edir” .

O qeyd edib ki, Aİ-yə üzv dövlətlər Hərtərəfli Birgə Fəaliyyət Planının tam icrasını bərpa etmək üçün beynəlxalq diplomatik səyləri dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR