Aİ Türkmənistanı qaz ixracını diversifikasiya etməyə çağırır

Aİ Türkmənistanı qaz ixracını diversifikasiya etməyə çağırır
# 01 dekabr 2022 04:28 (UTC +04:00)

Avroap İttifaqı Türkmənistanın Avropaya qaz ixracının şaxələndirilməsinin tərəfdarıdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Avropa İttifaqı-Türkmənistan Birgə Komitəsinin iclasının yekunları üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.

Həmçinin İttifaq Rusiyadan yan keçməklə Avropa ilə Asiyanı birləşdirən alternativ ticarət yollarının təmin edilməsində maraqlıdır.

“Aİ Türkmənistanı ixracını diversifikasiya etməyə çağırdı”, - deyə məlumatda bildirilir.

Aşqabad, öz növbəsində, "regional nəqliyyat qovşağı kimi rolunun qorunub saxlanılması və daha da inkişaf etdirilməsi üçün atılan əməli addımlar barədə ətraflı məlumat verib", - hesabatda deyilir.

Noyabrın 24-də Aşqabadda ikitərəfli tədbirlər çərçivəsində hibrid formatda Aİ-Türkmənistan Birgə Komitəsinin 21-ci iclası keçirilib.

Onların arasında Türkmənistanın paytaxtında “Yaşıl enerji və Hidrogendən istifadə və metan emissiyalarının azaldılması üzrə Avropa İttifaqının strategiyaları” adlı konfrans, həmçinin İnsan Hüquqları üzrə illik Dialoq keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR